Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ursula von der Leyen yenidən Ermənistana səfər edəcək

Avropa Komissiyasının Prezidenti Ursula von der Leyenin Ermənistana növbəti səfəri planlaşdırılır.

“Politico” nəşrinin məlumatına görə, səfər iyulun 1-də baş tutacaq.

Avropa Komissiyası rəhbərini Aİ-nin genişlənmə məsələləri üzrə komissarı Marta Kos müşayiət edəcək.

Bu, von der Leyenin son iki ay ərzində Ermənistana ikinci səfəri olacaq. O, mayın əvvəlində İrəvanda keçirilən Aİ-nin sammitlərində iştirak edib.