Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ukraynada müharibədə iştirak etmiş rusiyalıların Şengen zonasına girişi qadağan ediləcək

Avropa İttifaqı Ukraynadakı müharibədə iştirak etmiş rusiyalıların Avropaya girişinə qadağa qoymağı planlaşdırır.

Bu barədə Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas Aİ xarici işlər nazirlərinin görüşündən sonra keçirilən mətbuat konfransında bildirib.

“Avropa Komissiyasında biz Ukraynadakı müharibədə iştirak etmiş yüz minlərlə keçmiş Rusiya hərbçisinin Şengen zonasına daxil olmasının qarşısını almaq üzərində işləyirik”, – diplomat qeyd edib.