Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ukrayna silahsız qalmayacaq - ABŞ və Aİ razılığa gəlib

ABŞ və Avropa İttifaqı (Aİ) Ukraynaya silah tədarükü ilə bağlı razılığa gəlib.

BBC xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp bildirib.

Onun sözlərinə görə, Ukraynaya milyardlarla dollar dəyərində hərbi texnika göndəriləcək və xərclər Avropanın üzərinə düşəcək.

Tramp bir daha qeyd edib ki, 2022-ci ildə prezident olsaydı, Rusiyanın Ukraynaya təcavüzü baş verməzdi. O, rusiyalı həmkarı Vladimir Putinlə də tez-tez ünsiyyətdə olduğunu və müharibənin yaxınlaşdığını qabaqcadan gördüyünü bildirib.

“Raketlər Kiyevə çatdırılana qədər bütün bunlar yalnız danışıqdır. Danışmağı bitirib əməli addıma keçmək lazımdır”, - o deyib.

 Mark Rutte bildirib ki, Ukrayna hava hücumundan müdafiə, raket və sursat üçün həqiqətən böyük miqdarda hərbi texnika əldə edə bilər.

O əlavə edib ki, bu, Ukrayna üçün əla xəbərdir və Prezident Trampa təşəkkür edib.

NATO Baş katibi Trampın Ukraynanın Rusiyaya qarşı müdafiə olunmaq qabiliyyətini qoruyub saxlamasına imkan yaradan qərar verdiyini söyləyib və əlavə edib ki, bunun əvəzini avropalılar ödəyəcək. Tramp isə bunu tamamilə məntiqli adlandırıb.

Bunun NATO sammitinin böyük uğurunun davamı olduğunu deyən Rutte avropalıların aktivləşdiyini əlavə edib.