Ukrayna Rusiyanın "Admiral Qriqoroviç" freqatını vurub
06 Aprel 2026
Ukrayna Müdafiə Qüvvələri Novorossiyskdə Rusiya Hərbi Dəniz Donanmasının "Admiral Qriqoroviç" freqatını vurub.
Ukrayna KİV-i xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Pilotsuz Sistemlər Qüvvələrinin komandanı Robert Brovdi (Madyar) bildirib.
"Pilotsuz Sistemlər Qüvvələri aprelin 6-na keçən gecə Novorossiysk limanında "Admiral Qriqoroviç" freqatına zərbə endirib", - o qeyd edib. Brovdi əlavə edib ki, "Sivaş" buruq qurğusu da vurulub.
"Admiral Qriqoroviç" Rusiya Hərbi Dəniz Donanmasının "Burevestnik" layihəsinin ilk hərbi freqatıdır, 8 "Kalibr" qanadlı raketi və "Ştil-1" zenit-raket kompleksi ilə təchiz olunub. Hazırda kəşfiyyat hədəflərin zədələnmə dərəcəsini müəyyənləşdirir.