Ukrayna ordusu Sızran neft emal zavoduna zərbələr endirib
26 May 2026
Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı Rusiyanın Samara vilayətindəki Sızran neft emal zavoduna (NEZ) zərbə endirildiyini rəsmi qaydada təsdiqləyib.
Bu barədə Baş Qərargahın "Telegram"dakı məlumatında deyilir.
"Ukrayna Müdafiə Qüvvələrinin 2026-cı il mayın 21-də zərbə endirdiyi "Sızran" neft emalı zavodunun fəaliyyətinin dayandırıldığı təsdiqlənib", - Baş Qərargahdan bildiriblər.
Baş Qərargahın məlumatına görə, "Sızran" NEZ Ukrayna pilotsuz uçuş aparatlarının zərbələrindən sonra fəaliyyətini dayandıran altıncı Rusiya neft emalı müəssisəsi olub. Zavodun əsas qurğusunun bərpası bir aydan çox vaxt apara bilər.
Baş Qərargahdan qeyd olunub ki, mayın 25-də və mayın 26-na keçən gecə Ukrayna Silahlı Qüvvələri Rusiya qoşunlarının komanda məntəqələrinə, anbarlarına, logistika obyektlərinə və digər infrastrukturuna zərbələr endirib.
Bundan başqa, mayın 25-də "Yaroslavl" xətti istehsalat-dispetçer stansiyasına endirilən zərbə nəticəsində avadanlıq və rezervuarlar zədələnib.
Ukrayna tərəfi mayın 24-də Luqansk vilayətinin Yarsk rayonunda Rusiyanın 1L125 "Niobiy-SV" radiolokasiya stansiyasının vurulduğunu da təsdiqləyib.