Ukrayna kəşfiyyatından unikal əməliyyat - Rusiya Könüllülər Korpusu komandiri "dirildi"
02 Yanvar 2026
Ukrayna Baş Kəşfiyyat İdarəsi Rusiya Könüllülər Korpusunun komandiri Denis Kapustinin (Nikitin) "qətl"inin onun aradan qaldırılmasını sifariş edənləri aşkar etmək məqsədilə xüsusi xidmət orqanı tərəfindən səhnələşdirildiyini elan edib.
Bu barədə Baş Kəşfiyyat İdarəsinin Mətbuat Xidməti məlumat yayıb.
Rusiya onun öldürülməsi üçün yarım milyon dollar vəsait ayırıb.
Qeyd edilir ki, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin "Timur xüsusi bölməsi"nin tərkibində Rusiyaya qarşı döyüşən Rusiya Könüllülər Korpusunun komandirinin qətlini Rusiyanın xüsusi xidmət orqanları sifariş verib".
Baş Kəşfiyyat İdarəsi bir aydan çox davam edən kompleks xüsusi əməliyyatı nəticəsində Kapustinin həyatı qorunub, həmçinin Rusiya xüsusi xidmət orqanlarındakı sifarişçilər və icraçılar dairəsi müəyyən edilib.
Bu barədə Baş Kəşfiyyat İdarəsinin rəisi general-leytenant Kirill Budanova hesabat verən "Timur xüsusi bölməsi"nin komandiri məlumat verib.
"Bizim tərəfimiz həmçinin bu cinayətin həyata keçirilməsi üçün Rusiya xüsusi xidmət orqanları tərəfindən ayrılmış müvafiq məbləği də əldə edib. Kapustin Ukrayna ərazisindədir və qarşıya qoyulan tapşırıqların icrasını davam etdirməyə hazırlaşır", - deyə komandir bildirib.