Uitkoff və Kuşner “Abraham Lincoln” aviadaşıyıcısının göyərtəsində ABŞ hərbçiləri ilə görüşüblər
08 Fevral 2026
ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff, ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının rəhbəri admiral Bred Kuper və ABŞ prezidentinin kürəkəni Cared Kuşner fevralın 7-də Ərəb dənizində yerləşən “USS Abraham Lincoln” aviadaşıyıcısının göyərtəsində amerikalı hərbçilərlə görüşüblər.
Bu barədə Uitkoff "X" hesabında paylaşım edib.
Məlumata görə, Uitkoff, Kuper və Kuşner İran pilotsuz uçuş aparatını vurmuş pilotla da söhbət aparıblar.