Logo
news content
User
Kateqoriyalar

Xəbər

Tramp yaxın günlərdə İranla yeni sülh danışıqlarının anonsunu verib

ABŞ və İran arasında danışıqların ikinci raunduna dair yaxşı xəbər aprelin 24-dək gələ bilər.

Bunu ABŞ Prezidenti Donald Tramp “New York Post”a açıqlamasında deyib.

Tramp pakistanlı mənbələrin İranla sülh danışıqlarının yaxın 36-72 saat ərzində keçirilməsinin mümkünlüyünə dair fikirlərini təsdiqləyib.

Qeyd edək ki, İran danışıqlarda iştirakla bağlı xəbərləri təsdiq etmir və danışıqlar üçün əvvəlcə dəniz blokadasının dayandırılmasının vacibliyini vurğulayır.