Tramp Venesueladakı əməliyyatın Rubionun qisası olduğunu etiraf edib
09 Yanvar 2026
ABŞ Prezidenti Donald Tramp etiraf edib ki, Kuba immiqrantlarının ailəsində anadan olan ABŞ dövlət katibi Marko Rubio üçün Venesueladakı əməliyyat qisas aktı olub.
Bu barədə Amerika lideri "Fox News"a verdiyi müsahibədə bildirib.
O, Rubionun "Kubanı yaxşı tanıdığını" qeyd edib və həmçinin ada ölkəsinin "maliyyə və neft baxımından Venesueladan tamamilə asılı olduğunu" bildirib.
Aparıcı daha sonra Venesueladakı əməliyyatın "Markonun qisası" ola biləcəyini irəli sürüb. Tramp isə cavabında deyib: "Bəlkə də elə idi".