Logo
news content
User
Kateqoriyalar

Xəbər

Tramp Qrenlandiyaya görə Avropa ölkələrinə rüsum tətbiq etmək fikrindən vaz keçib

“NATO-nun Baş katibi Mark Rutte ilə keçirdiyim çox məhsuldar görüşdə Qrenlandiya və bütün Arktika bölgəsi ilə bağlı gələcək razılaşmanın çərçivəsini formalaşdırdıq”.

Bunu ABŞ prezidenti Donald Tramp öz “Truth” hesabında yazıb.

O bildirib ki, bu həll yolu, əgər tətbiq olunarsa, Amerika Birləşmiş Ştatları və bütün NATO ölkələri üçün əla bir həll olacaq.

Tramp bu anlayışa əsasən, Qrenlandiyaya görə Avropa ölkələrinə qarşı 1 fevralda qüvvəyə minməsi planlaşdırılan rüsumları tətbiq etməyəcəyini vurğulayıb.

“Qrenlandiya və “Qızıl Günbəz”lə bağlı əlavə müzakirələr aparılır. Müzakirələr irəlilədikcə əlavə məlumatlar təqdim ediləcək. Vitse-prezident Ceyms Vense, Dövlət katibi Marko Rubio, xüsusi nümayəndə Stiv Uitkoff və lazım olduqda digərləri Qrenlandiya ilə bağlı məsləhətləşmələrə rəhbərlik edəcək, birbaşa mənə hesabat verəcəklər”, - o əlavə edib.

Qeyd edək ki, Tramp Danimarka, Norveç, İsveç, Fransa, Almaniya, Böyük Britaniya, Finlandiya və Hollandiyaya 10% rüsum tətbiq etməyi planlaşdırırdı ki, bu rüsumlar da ABŞ-ın Qrenlandiyanı əldə etməsi ilə bağlı razılığa gəlinənə qədər qüvvədə qalacaqdı.