Tramp: İranla atəşkəs mənim üçün bitdi
08 İyul 2026
"İranla atəşkəs mənim üçün bitdi".
Bunu ABŞ Prezidenti Donald Tramp bildirib.
ABŞ lideri İranla anlaşmanın vaxt itkisi olduğunu deyib.
“İranlılar çox pis insanlardır. Mən onları sevmirəm. Onlar şər adamlardır. İranla kifayət qədər vaxt itirdik və biz öz işimizi görməliyik”, - Tramp deyib.
ABŞ lideri İranın nüvə silahı əldə etməsinə imkan verməyəcəklərini bir daha təkrarlayıb: “Onlar yalançıdır. Biz razılaşma əldə edirik və hər kəs razılaşır ki, nüvə silahı olmayacaq. Onlar mətbuata danışanda isə iddia edirlər ki, guya biz nüvə silahından danışmamışıq. Onların nəsə problemi var. Onlar xəstə adamlardır”.