Tramp: İranda hələ liderin kim olduğunu müəyyənləşdirməyiblər
24 Aprel 2026
ABŞ prezidenti Donald Tramp İranda hələ də ölkənin rəhbərliyini müəyyənləşdirə bilmədiklərini bəyan edib.
O bunu "Truth Social"da yazıb.
"İran üçün indi liderinin kim olduğunu müəyyən etmək çox çətindir! Onlar sadəcə bilmirlər!", - deyə o yazıb.
Trampın sözlərinə görə, İranda müxtəlif siyasi qüvvələr arasında daxili mübarizə davam edir. "Döyüş meydanında ciddi məğlubiyyətlərə uğrayan "sərt güc" ilə heç də o qədər mülayim olmayan (lakin hörmət qazanan!) "mülayim" güc arasındakı daxili mübarizə - dəlilikdir!", - o yazıb.
Bununla yanaşı, ABŞ lideri əlavə edib ki, Birləşmiş Ştatlar Hörmüz boğazına tam nəzarət edir.
"ABŞ HDQ-nin icazəsi olmadan heç bir gəmi daxil ola və ya çıxa bilməz. İran razılaşma bağlamağa hazır olana qədər o, möhkəm bağlıdır!!!", - Ağ Evin rəhbəri deyib.