
Tramp həbsxanada çəkilən fotosunu Ağ Evdə asıb - FOTO
15 Fevral 2025
ABŞ prezidenti Donald Tramp 2023-cü ildə Corciya ştatının Fulton qraflığının həbsxanasında çəkilən fotosunu Ağ Evin Oval kabinetində asıb.
Bu barədə “Newsweek” jurnalı xəbər verir.
Bildirilib ki, Amerika liderinin həmin fotosu bu yaxınlarda Tramp və Hindistanın Baş naziri Narendra Modi arasında danışıqlar zamanı görüntülənib.
“Prezident Donald Trampın onun və tərəfdarlarının itaətsizlik simvoluna çevrilən ən mübahisəli fotolarından biri olan fotoşəkili indi Oval kabinetin qarşısındakı dəhlizdə fəxrlə asılıb”, - nəşr qeyd edir.
