Logo
news content
User
Kateqoriyalar

Xəbər

Tramp: Biz hərbi cəhətdən qalib gəlirik

ABŞ Prezidenti Donald Tramp təsdiqləyib ki, Amerika nümayəndə heyəti İranla münaqişənin nizamlanması üzrə danışıqlar üçün Dohaya yola düşür.

O, bu barədə Ağ Evdə jurnalistlərə bildirib.

"Onlar Qətərə gedirlər. Düşünürəm ki, artıq yola düşüblər və ya tezliklə yola düşəcəklər", - Tramp qeyd edib.

O həmçinin bildirib ki, Qətərin paytaxtında ABŞ və İran memorandumunun icrası məsələlərinə dair keçiriləcək məsləhətləşmələr vacib ola bilər.

"Dohadakı görüş vacib ola da bilər, olmaya da. Görəcəyik. Amma biz hərbi baxımdan qalib gəlirik. Bəlkə də, artıq qalib gəlmişik", - Amerika lideri bildirib.