Siciliyada Etna vulkanı aktivləşib, hava əlaqəsi məhdudlaşdırılıb
06 İyul 2026
Siciliyadakı Kataniya Beynəlxalq Hava Limanı Etna vulkanının püskürməsi səbəbindən reyslərin qəbulunu dayandırıb.
Bu barədə İtaliya mediası məlumat yayıb.
Məhdudiyyətlərə axşam saatlarında yenidən baxıla biləcəyi qeyd edilir. Hələlik Kataniyadan uçuşlara icazə verilir.
Bildirilib ki, Siciliyanın şərq sahilində, Messina və Kataniya şəhərlərinin yaxınlığında yerləşən vulkan iyunun sonlarında aktivləşib. İtaliyalı alimlərin məlumatına görə, bazar günü səhər saatlarında Etna havaya 1,5 km hündürlüyündə kül püskürüb.