Logo
news content
User
Kateqoriyalar

Xəbər

Seyran Ohanyan və digər sabiq məmurların Göyçə gölü sahilindəki qanunsuz tikililəri sökülüb

Ermənistan Baş Prokurorluğunun tələbi ilə Göyçə gölünün sahilində keçmiş yüksək vəzifəli şəxslərə məxsus bir sıra qanunsuz tikililər sökülüb.

“Arminfo”nun xəbərinə görə, keçmiş müdafiə naziri Seyran Ohanyan və sabiq polis rəisi Vladimir Qasparyanın evlərinin hasarları, həmçinin keçmiş təhsil naziri və Respublika Partiyası sədrinin müavini Armen Aşotyanın qardaşına məxsus kotteclər sökülüb.

Bundan başqa, Geğarqunik vilayətinin keçmiş qubernatoru Rafik Qriqoryanın və Ermənistan parlamentinin keçmiş sədri Samvel Nikoyanın oğluna məxsus obyektlər də sökülüb.

Baş Prokurorluğun məlumatına əsasən, sökülən tikililərin hamısı Göyçə gölünün səviyyəsindən 1905 metr hündürlük nişanəsindən aşağı yerləşdiyi üçün qanunsuz hesab olunur. Ermənistan qanunvericiliyinə görə, bu ərazilər daşqın zonası sayılır və burada daimi tikinti aparılmasına icazə verilmir.