Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiyanın Ukraynada avtobusa dron hücumu nəticəsində azı 15 nəfər həlak olub

Rusiyanın Ukraynanın Dnepropetrovsk vilayətinin Pavloqrad rayonuna həyata keçirdiyi dron hücumu nəticəsində 15 nəfər həlak olub, daha 7 nəfər yaralanıb.

Bu barədə Ukraynanın DTEK enerji şirkətinin "Telegram" kanalında məlumat yayılıb.

"Hazırda 15 mədənçinin həlak olduğu məlumdur. İlkin məlumata görə, 7 mədənçi də yaralanıb", - şirkət qeyd edib.

Ukrayna Müstəqil Mədənçilər Həmkarlar İttifaqının sədri Mixail Volınets dəqiqləşdirib ki, Rusiya qoşunları kömür hasilatı müəssisəsini, həmçinin növbə dəyişməsini həyata keçirən mədən işçilərinin avtobusunu hücuma məruz qoyub. Hücum zamanı dörd "Şahed" tipli drondan istifadə olunub.