Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiyadan Ermənistana gedən taxıl yüklü vaqonlar Bakıdan yola salınıb

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana göndərilən taxıl yüklü vaqonlar bu gün Bakıdan yola salınıb.

Ümumi çəkisi 1023 ton olan taxıl yüklü 11 vaqon Ermənistan Respublikasına göndərilib.

Xatırladaq ki, indiyə qədər Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 22 min tondan çox (320 vaqon) taxıl, həmçinin 610 ton (9 vaqon) gübrə göndərilib.