Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 7 vaqon buğda göndəriləcək

Bu gün Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək.

Bu ölkəyə 7 vaqondan ibarət, ümumi çəkisi 490 ton olan buğda tədarük olunacaq.

Qatar saat 15:00-da "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasından yola düşəcək, Böyük Kəsik stansiyasından Gürcüstana keçəcək, oradan isə Ermənistan istiqamətində hərəkət edəcək.