Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiyada təyyarə qəzaya uğrayıb, bütün sərnişinlər ölüb

Rusiyanın Amur vilayətində sərnişin təyyarəsi qəzaya uğrayıb. 

Xabarovsk-Blaqoveşensk-Tında marşrutu ilə hərəkət edən “An-24” təyyarəsinin göyərtəsində 43 sərnişin (onlardan 5-i uşaq) və 6 ekipaj üzvü olub. 

Rusiya KİV-lərinin məlumatına görə, təyyarənin bütün sərnişinləri həlak olub.

İlkin versiya kimi pis görüntü şəraitində eniş zamanı ekipajın səhvi nəzərdən keçirilir.

Xilasetmə qrupları ərazinin çətin keçilən olması səbəbindən qəza yerinə enə bilməyiblər, buna görə də yanmaqda olan təyyarə qalıqlarına piyada yollanıblar.

“Rosaviasiya”nın məlumatlarına görə, qəzaya uğrayan “An-24” təyyarəsi 2018-ci ildən bəri dörd hava insidentində iştirak edib.