Rusiya Zaporojyeyə 1000-ə yaxın zərbə endirib: 4 nəfər ölüb, 28 yaralı var
29 İyun 2026
Rusiya ordusu sutka ərzində Ukraynanın Zaporojye regionunda 45 qəsəbəyə 973 hava zərbəsi endirib.
Bu barədə Zaporojye regionunun hərbi administrasiyasının rəhbəri İvan Fedorov bildirib.
Hücumlar nəticəsində 4 nəfər ölüb, 28 nəfər isə xəsarət alıb.
Məlumata görə, yaşayış obyektlərinə, nəqliyyat vasitələrinə və infrastruktura ziyan dəyib.