Rusiya Xarkovda yaşayış binasına zərbə endirib, 7 nəfər ölüb, 10 yaralı var
07 Mart 2026
Rusiya Ukraynaya kütləvi raket hücumu həyata keçirib.
Bu barədə Ukrayna mediası məlumat yayıb.
Rusiya qüvvələri Xarkovda çoxmərtəbəli binaya ballistik raketlərlə zərbə endirib. Nəticədə, aralarında uşaqlar olmaqla 7 nəfər ölüb, 10-dan çox insan yaralanıb.
Ukrayna Prezidenti Volodimir Zelenski “X” səhifəsində bildirib ki, ballistik raketlə vurulan binanın giriş hissəsi dağılıb, qonşu binanın yuxarı mərtəbələri zədələnib: "Təəssüf ki, hazırkı məlumata görə, yeddi nəfər həlak olub. On nəfərdən çox insan yaralanıb, onların arasında uşaqlar da var. Dağıntılar altında hələ də insanlar qala bilər. Bütün zəruri xidmətlər xilasetmə işlərini davam etdirir”.