Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiya Xarkovda sərnişin qatarını vurub - Ölənlər və yaralananlar var

Rusiya pilotsuz uçuş aparatları (PUA) Ukraynanın Xarkov vilayətində, Yazıkovo kəndi yaxınlığında Barvenkovo–Xarkov-Çop sərnişin qatarına zərbə endirib.

Bu barədə vilayət prokurorluğunun mətbuat xidməti açıqlama yayıb.

Qatarın içində 155-dən çox sərnişin olub. Axşam saatlarına olan məlumata görə, üç nəfər həlak olub.

Bir kişi və bir qadın tibbi yardıma müraciət ediblər.

Prokurorluğun bildirdiyinə görə, qatarın yaxınlığında iki zərbə qeydə alınıb, daha biri isə vaqona düşüb və nəticədə yanğın baş verib.