Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiya və Ukrayna arasında meyitlərin mübadiləsi aparılıb

Rusiya 34 rusiyalı hərbçinin meyitini qaytarıb, Ukraynaya isə 909 həlak olmuş hərbçinin meyiti təhvil verilib.

Bu barədə Rusiya Federasiyası Dövlət Dumasının deputatı Şamsail Saraliyev RBK-ya bildirib.

Ukrayna Hərbi Əsirlər üzrə Koordinasiya Qərargahının məlumatına görə, Rusiya morqlarında olan meyitlər, həmçinin Kuraxov, Zaporojye, Xarkov və digər istiqamətlərdə döyüş bölgələrində son vaxtlar həlak olanların meyitləri Ukraynaya qaytarılıb.