Rusiya Ukraynanın 8 vilayətini işıqsız qoyub
29 İyun 2026
Rusiyanın atəşi nəticəsində Ukraynanın səkkiz vilayətində elektrik enerjisi təchizatında fasilələr yaranıb.
Ukraynanın Energetika Nazirliyi xəbər verir ki, elektrik enerjisinin verilməsindəki fasilələr Dnepropetrovsk, Donetsk, Zaporojye, Odessa, Xarkov, Sumı, Poltava və Xerson vilayətlərində qeydə alınıb.
"Ən mürəkkəb vəziyyət Sumı vilayətindədir. Orada hərbi əməliyyatlar və Rusiyanın atəşə tutması nəticəsində enerji obyektlərinin zədələnməsi səbəbindən çox sayda istehlakçı işıqsız qalıb", – qurumun teleqramdakı məlumatında bildirilib.
Qeyd edilib ki, energetiklər elektrik təchizatını ən qısa zamanda bərpa etmək üçün çalışırlar.