Rusiya-Ukrayna danışıqları bu gün başlayacaq
16 May 2025
Rusiya və Ukrayna arasında üç ildən artıq müddətdə ilk birbaşa danışıqlar İstanbulda cümə günü, mayın 16-da başlayacaq. Bu barədə mənbələrinə istinadən həm Rusiya, həm də Ukrayna mediası xəbər verir.
Rusiya prezidenti Vladimir Putin danışıqlara mayın 15-də başlamağı təklif edib, Rusiya nümayəndə heyəti həmin gün səhər saatlarında İstanbula gəlib. Bununla belə, Ukrayna prezidenti Volodimir Zelenski Putinin danışıqlarda iştirakına təkid etdiyi üçün görüşün, ümumiyyətlə, baş tutub-tutmayacağı bəlli deyildi. Mayın 15-i axşam Zelenski Ukrayna nümayəndə heyətinin İstanbula gələcəyini açıqlayıb.
İstanbulda Rusiya ilə danışıqlarda Ukrayna nümayəndə heyətinə müdafiə naziri Rustem Umerov başçılıq edəcək.