Rusiya "İskəndər"lə Ukrayna ordusunun təlim düşərgəsinə zərbə endirib
30 İyul 2025
Rusiya Silahlı Qüvvələri Ukrayna ordusunun Çerniqov vilayətindəki təlim mərkəzi düşərgəsinə "İskəndər" ballistik raketi ilə zərbə endirib.
Rusiya mənbələri iddia edir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi (MN) məlumat yayıb.
Nazirliyin iddiasına görə, endirilən zərbə nəticəsində Ukrayna Silahlı Qüvvələri yaralılar da daxil olmaqla 200 nəfərə yaxın itki verib.