Rusiya Ermənistandan bütün balıq məhsullarının idxalını dayandırıb
26 İyun 2026
Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti ("Rosselxoznadzor") daha iki Ermənistan müəssisəsinin balıq məhsullarının sertifikatlaşdırılmasını müvəqqəti olaraq dayandırıb.
Bu barədə TASS-a Rusiya nəzarət qurumundan məlumat verilib.
"Rosselxoznadzor"da xatırladıblar ki, daha əvvəl aşkar olunmuş sistem pozuntuları ilə əlaqədar iki müəssisə istisna olmaqla, bütün istehsalçıların balıq məhsullarının sertifikatlaşdırılmasının müvəqqəti dayandırılması üçün Ermənistan tərəfinə müraciət etmişdilər.
Lakin təqdim olunmuş materialların təhlilinə əsasən, Rusiya tərəfi məhdudiyyətlərin həmin müəssisələrə də şamil edilməsinin zəruriliyi qənaətinə gəlib.
Beləliklə, hazırda Ermənistandan Rusiyaya balıq məhsullarının tədarükü tamamilə dayandırılıb.