Rubio: Ukrayna üzrə danışıqlarda təkcə ərazi məsələsi həll olunmamış qalır
29 Yanvar 2026
Ukrayna münaqişəsinin nizamlanması üzrə aparılan danışıqlarda ərazi məsələsi hələ də həllini tapmayıb.
Bunu ABŞ-ın dövlət katibi və prezidentin milli təhlükəsizlik üzrə müşaviri Marko Rubio ABŞ Konqresinin Senatının Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələrdə bildirib.
“Hələ də qalan məsələ ərazi məsələsidir”, — deyə Marko Rubio qeyd edib.