Logo
news content
User
Kateqoriyalar

Xəbər

Qış Olimpiya Oyunları başa çatıb

İtaliyanın Milan və Kortina şəhərlərində keçirilən 2026-cı il Qış Olimpiya Oyunlarına yekun vurulub.

Yarışın təntənəli bağlanış mərasimi "Arena di Verona" stadionunda baş tutub.

Azərbaycan yarışda iki idmançı ilə təmsil olunub. Slalom növündə Anastasiya Papatoma ilk enişini 59-cu sırada tamamlayıb. O, ümumilikdə 95 iştirakçı arasında 51-ci pillədə qərarlaşıb.

Vladimir Litvintsev qısa proqramda 63.63 xal toplayaraq 29 iştirakçı arasında sonuncu yerdə qərarlaşıb.

Qeyd edək ki, medal sıralamasında Norveç birinci olub. İkinci pillədə ABŞ qərarlaşıb. İlk üçlüyü Niderland tamamlayıb.