Logo
news content
User
Kateqoriyalar

Xəbər

Qala-Pirallahı yolunda mikroavtobus qəzaya düşüb, 19 nəfər xəsarət alıb

Paytaxtın Xəzər rayonunda yol qəzası baş verib.

Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Dövlət Yol Polisi (DYP) İdarəsinin Təbliğat və ictimai işlər üzrə rəisi polis kapitanı Toğrul Nəsirli bildirib ki, bu gün səhər saatlarında rayonun Qala-Pirallahı yolu ərazisində "Hyundai" markalı avtomobillə "Mercedes" markalı mikroavtobus toqquşub. 

TƏBİB-dən bildirilib ki, Qala-Pirallahı yolunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə sentyabrın 8-də saat 06:30 radələrindən etibarən 19 nəfər (18 qadın cinsli, 1 kişi cinsli) Sabunçu Tibb Mərkəzinin Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən 12 nəfər ambulator müalicə üçün evə buraxılıb.

Hazırda tibb müəssisəsində 7 nəfərin müayinə və müalicəsi davam etdirilir. Vəziyyətləri orta ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.