Logo
news content
User
Kateqoriyalar

Xəbər

Polis "Sputnik-Azərbaycan”ın ofisində əməliyyat keçirir

"Sputnik-Azərbaycan” agentliyinin ofisində əməliyyat keçirilir.

Pressklub.az xəbər verir ki, hazırda istintaq tədbirləri aparılır. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən fakt təsdiqləyiblər. Bildirilib ki, bu barədə əlavə məlumat veriləcək.

Xarici İşlər Nazirliyi Mətbuat xidməti idarəsinin rəhbəri Ayxan Hacızadə fevralın 24-də bildirmişdi ki, "Rossiya Segodnya"nın (Sputnik) Azərbaycandakı nümayəndəliyi ləğv edilib. O söyləmişdi ki, sözügedən qurum yalnız bir müxbir vasitəsilə akkreditasiyadan keçə bilər.

Ancaq buna baxmayaraq, "Sputnik-Azərbaycan”ın fəaliyyətini davam etdirdiyi, əməkdaşlarının işə çıxdığı məlum olub.