Logo
news content
User
Kateqoriyalar

Xəbər

PKK-nın Suriya qolu olan YPG silahları təhvil verməyək

PKK-nın Suriyadakı qolu olan YPG/SDG ölkədə davam edən gərginliyi bəhanə gətirərək mövcud şəraitdə silahlarını təhvil verməycəklərini açıqlayıb.

Türkiyə KİV-i xəbər verir ki, bu barədə təşkilatın adı açıqlanmayan üzvü onlara bağlı internet saytlarına danışıb.

“Suriyada davam edən gərginlik, şiddətin yüksək səviyyəsi və İŞİD təhlükəsi fonunda qüvvələrimizin silahlarını təhvil verməsi mümkün deyil”, - o bildirilib.

Qeyd edilib ki, əgər razılıq əldə olunsa, onlar Suriya ordusuna qoşulmağı istisna etməyəcəklər.

YPG/SDG lideri Ferhat Abdi Şahin isə Almaniya mətbuatına verdiyi açıqlamada Suriya prezidenti ilə əldə olunan razılaşmanın həyata keçəcəyi təqdirdə silahı yerə qoymaqlarına ehtiyac qalmayacağını vurğulayıb:

"Çünki biz avtomatik olaraq Suriya ordusunun bir hissəsi olacağıq və Suriyanın şimal-şərqini Suriya ordusu qoruyacaq. Ona görə də indi və ya gələcəkdə silahlarımızı yerə qoymağa ehtiyac yoxdur".