Logo
news content
User
Kateqoriyalar

Xəbər

Peter Madyar Macarıstanın yeni baş naziri seçilib

Macarıstan parlamenti "Tisa" partiyasının lideri Peter Madyarın ölkənin Baş naziri postuna namizədliyini təsdiqləyib.

Bu barədə Macarıstan mediası məlumat yayıb.

Ümumilikdə 199 parlament üzvündən 195-i səsvermədə iştirak edib: 140 nəfər lehinə, 54 nəfər əleyhinə səs verib, 1 deputat isə bitərəf qalıb.

Bu vəzifədə Madyar 2010-cu ildən bəri Baş nazir olan Viktor Orbanı əvəz edib.

Macarıstanın yeni Baş naziri Peter Madyar dərhal ölkə Prezidenti Tamaş Şuyyoku istefa verməyə çağırıb.

"Mən əvvəlki sistemin siyasi xadimləri olmuş institusional rəhbərləri cəsarət göstərməyə və mayın 31-dək istefa verməyə çağırıram. Qoy Tamaş Şuyok bu prosesə start versin!", – Madyar parlamentdə çıxışı zamanı bəyan edib.

O, həmçinin qeyd edib ki, yeni hökumətin ilk addımlarından biri Aktivlərin qorunması və qaytarılması üzrə Milli İdarənin yaradılması olacaq. Qurum dövlət satınalmaları sistemindəki pozuntuları, qiymət artımlarını və s. araşdıracaq. Qurumun fəaliyyətinə parlament nəzarət edəcək.