Logo
news content
User
Kateqoriyalar

Xəbər

Paşinyan: Yeni Konstitusiyasında Müstəqillik Bəyannaməsinə istinad olmamalıdır

Ermənistanın yeni Konstitusiyasında Müstəqillik Bəyannaməsinə istinad olmayacaq.

Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bəyan edib.

"Yeni Konstitusiyada Müstəqillik Bəyannaməsinə istinad olmamalıdır. Mən bunun səbəbini izah edəcəyəm. Çünki Müstəqillik Bəyannaməsi münaqişə məntiqi üzərində qurulub. Biz münaqişə məntiqi ilə gedib müstəqil dövlət qura bilmərik", - o vurğulayıb.

Qeyd edək ki, Ermənistanın yeni Konstitusiya layihəsinin 2026-cı ilin martında ictimaiyyətə təqdim edilməsi nəzərdə tutulur.

Xatırladaq ki, bu gün Azərbaycanın İrəvanla sülh sazişinin imzalanması üçün yeganə şərti Ermənistan Konstitusiyasında Müstəqillik Bəyannaməsinə istinadın çıxarılmasıdır.