Logo
news content
User
Kateqoriyalar

Xəbər

Paşinyan: Tezliklə sərhədin delimitasiyası davam edəcək

Ermənistan və Azərbaycan arasında sərhədin delimitasiyası prosesi yaxın vaxtlarda davam edəcək.

Ermənistan mediası xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.

Onun sözlərinə görə, bu günədək sərhədin 12 kilometr uzunluğunda olan hissəsi artıq demarkasiya edilib və orada Ermənistan sərhədçiləri xidmət aparır.

O əlavə edib ki, delimitasiya və demarkasiya işləri yaxın vaxtlarda davam etdiriləcək və "münasib müddətdə başa çatacaq".