Logo
news content
User
Kateqoriyalar

Xəbər

Pakistan və Qətər ABŞ ilə İranı danışıqlar masasına qaytarmaq üzərində işləyir

Pakistan və Qətər ABŞ ilə İran arasında danışıqlar masasına qaytarmaq üzərində işləyir.

Bu barədə mənbələrə istinadən CNN məlumat yayıb.

Xatırladaq ki, iyulun 8-nə keçən gecə ABŞ və İran hava hücumları bərpa olunub. ABŞ Prezidenti Donald Tramp İranla atəşkəs rejiminin dayandırıldığını bəyan edib.

Tramp mətbuata bildirib ki, İranla yeni sazişin bağlanması zərurətinə əmin deyil.

ABŞ-nin Mərkəzi Komandanlığı məlumat verib ki, son zərbələr dalğası zamanı Amerika ordusu 90-a yaxın İran hədəfini vurub. Onların arasında hava hücumundan müdafiə sistemləri, sahil müşahidə vasitələri, raket və pilotsuz uçuş aparatlarının saxlama yerləri, hərbi dəniz qüvvələri və İran sahilləri boyu hərbi logistika infrastrukturu olub.

İyulun 8-i axşam Pakistan Xarici İşlər Nazirliyi (XİN) tərəfləri təmkinli olmağa və regional sülh, sabitliyi daha da sarsıdacaq hərəkətlərdən çəkinməyə, İslamabad Anlaşma Memorandumu çərçivəsində öhdəlikləri yerinə yetirməyə çağırıb.