Nigeriyada iki ay əvvəl qaçırılan 44 şagird və müəllim azad edilib
12 İyul 2026
Nigeriyanın cənub-qərbində yerləşən Oyo ştatında təxminən iki ay əvvəl qaçırılan 44 şagird və müəllim azad edilib.
Bu barədə "Punch" qəzeti Nigeriya Ordusunun bəyanatına istinadən məlumat yayıb.
Bildirilib ki, xilasetmə əməliyyatına hərbçilər, polis əməkdaşları və xüsusi xidmət orqanlarının nümayəndələri cəlb olunub: "Əməliyyat zamanı qaçırılmada şübhəli bilinən səkkiz nəfər saxlanılıb, silahlı qruplaşmanın daha bir neçə üzvü zərərsizləşdirilib".
Məlumata görə, mayın 15-də 39 şagird və 7 müəllim qaçırılıb. Hücum zamanı bir müəllim həlak olub, digər müəllim isə girovluqda olarkən cinayətkarlar tərəfindən öldürülüb.
Azad edilən şəxslər hazırda tibbi müayinədən keçirlər, bundan sonra onlar ailələri ilə qovuşmaq üçün ştat rəhbərliyinə təhvil veriləcəklər.