
Netanyahunun Ofisi rəsmi məlumat yayıb - Azərbaycana səfər mayın 7-də baş tutacaq
30 Aprel 2025
İsrailin Baş naziri Benyamin Netanyahu 7 may tarixində Azərbaycana səfər edəcək.
“The Times of Israel” xəbər verir ki, bu barədə İsrail Baş nazirinin Ofisi məlumat yayıb.
Mayın 8-də baş tutacaq görüşdə Netanyahu Azərbaycan Prezidenti İlham Əliyev və yəhudi icmasının üzvləri ilə görüşəcək.