Netanyahu dalbadal Vaşinqtona səfər edəcək
11 Fevral 2026
İsrailin Baş naziri Binyamin Netanyahunun bu həftə Vaşinqtona (ABŞ) iki günlük səfərinə baxmayaraq, onun fevralın 18-22-də planlaşdırılan səfəri qüvvədə qalır.
Bu barədə "The Times of Israel" mənbəyə istinadən məlumat yayıb.
Ehtimal olunur ki, ikinci səfər zamanı Netanyahu fevralın 19-da ABŞ Prezidenti Donald Trampın rəhbərlik etdiyi Qəzza üzrə Sülh Şurasının birinci iclasında iştirak edəcək və fevralın 22-də AIPAC (Amerika İsrail İctimai Əlaqələr Komitəsi) konfransında çıxış edəcək.
Daha əvvəl bildirilmişdi ki, Netanyahu Trampla görüşmək üçün fevralın 11-də Vaşinqtona yollanacaq.