NATO Baş katibinin müavini Azərbaycan və Ermənistana səfər edəcək
17 Dekabr 2025
NATO Baş katibinin müavini Radmila Şekerinska növbəti ilin birinci yarısında Azərbaycana səfər edəcək.
Bu barədə NATO-nun ofisindən bildirilir. Qeyd olunub ki, məqsədəuyğun bir zamanda məsələ ilə bağlı əlavə detallar veriləcək.
Buna qədər Radmila Şekerinska dekabrın 18-də Ermənistana səfər edəcək. Səfər zamanı onunla bu ölkənin baş naziri Nikol Paşinyan, Parlamentin spikeri Alen Simonyan, xarici işlər naziri Ararat Mirzoyan və müdafiə naziri Suren Papikyan arasında görüşlər keçiriləcək.
R. Şekerinska həmçinin, alyansa üzv dövlətlərin Ermənistandakı səfirləri və vətəndaş cəmiyyəti təmsilçiləri ilə də bir araya gələcək.