Logo
news content
User
Kateqoriyalar

Xəbər

Monteneqroda yerli sakinə hücum edən azərbaycanlılara hökm oxunub

Monteneqroda "Zabyelo insidenti" ilə əlaqədar məhkəmə iki azərbaycanlıya hökm oxuyub.

Azərbaycan vətəndaşları Elçin Musayev və Cəlal Musayev Podqoritsa Məhkəməsində birinci instansiya qərarı ilə zorakılıq hərəkəti törətməkdə günahkar bilinərək iki il müddətinə azadlıqdan məhrum ediliblər.

Məhkəmə qərarına əsasən, Musayevlər keçən ilin oktyabr ayında Podqoritsa şəhərinin Zabyelo qəsəbəsindəki "Komanka" kafesinin qarşısında qrup halında Marko Yaçimoviçə hücum edərək onu yerə yıxıb və ona bir neçə yumruq, ayaq və bıçaq zərbəsi endiriblər.

Hakim Borko Lonçar tərəfindən çıxarılan qərara əsasən, təqsirləndirilənlərə eyni zamanda ölkədən beş il müddətinə çıxarılma cəzası da tətbiq olunub və bu müddət hökmün hüquqi qüvvəyə minməsindən hesablanacaq.

Qeyd edək ki, 2025-ci ilin oktyabrında Monteneqronun paytaxtı Podqoritsada kütləvi iğtişaş baş verib. İnsident şəhərin Zabjelo rayonunda qeydə alınıb. Yerli sakin bir qadını müdafiə etməyə çalışarkən bir qrup Türkiyə və Azərbaycan vətəndaşları ilə mübahisə edib və dava bıçaqlanma ilə nəticələnib.