Məhkəmə Qabil Məmmədov barəsində qiyabi hökm çıxarıb
31 İyul 2025
Xaricdə yaşayan və sosial şəbəkələrdə Azərbaycan hökumətini kəskin tənqid və təhqir edən bloqer Qabil Məmmədov barəsində də qiyabi hökm verilib.
İyulun 30-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə Qabil Məmmədovun 16 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarılıb.
Qabil Məmmədov Azərbaycan Cinayət Məcəlləsinin 24 maddəsi ilə günahlandırılır. Söhbət dövlət əleyhinə, habelə kütləvi iğtişaşlara çağırışlar və başqa qanunsuz əməllərdən gedir. Q.Məmmədov ittihamları qəbul etmir, tənqidi çıxışlarına görə, təqib edildiyini deyir.