Maskın sərvəti 600 milyard dolları keçib
16 Dekabr 2025
Amerikalı sahibkar İlon Mask tarixdə sərvəti 600 milyard dolları keçən ilk insan olub.
Bu barədə "Forbes" jurnalı məlumat yayıb.
Nəşr onun sərvətinin artımını kosmik tədqiqatlar üzrə ixtisaslaşmış "SpaceX" şirkətinin bazar dəyərinin yenidən nəzərdən keçirilməsi ilə əlaqələndirir.
Tender təklifinin başlamasından sonra onun dəyəri avqust ayında 400 milyard dollardan dekabr ayında 800 milyard dollara yüksəlib.
O vaxtdan bəri jurnal "SpaceX" səhmlərinin təxminən 42%-nə sahib olan Maskın sərvətinin 168 milyard dollar artaraq 677 milyard dollara çatdığını təxmin edir.
Mask əvvəlki rekorda da sahibdir. Oktyabr ayında o, sərvətinin 500 milyard dolları keçdiyi ilk şəxs olub.