Makron Paşinyanla görüşüb
15 İyul 2025
Ermənistanın Baş naziri Nikol Paşinyan Fransaya işgüzar səfər çərçivəsində Emmanuel Makronla görüşüb.
Paşinyan Makrona Brüsseldə keçirilən müzakirələrin nəticələrini açıqlayıb.
Daha əvvəl Paşinyan Brüsseldə Ursula fon der Lyayen və Antoniu Koşta ilə üçtərəfli görüşdə iştirak edib.
Qeyd olunur ki, Paşinyan və Makronun Parisdəki söhbətinin mərkəzində regional əhəmiyyətli məsələlər olub. Ermənistanın baş naziri Makronu Fransanın milli bayramı münasibətilə təbrik edib, Fransa prezidenti isə "Ermənistanla çoxtərəfli əməkdaşlığın inkişafına və dərinləşməsinə sadiqliyini vurğulayıb".
"Biz Cənubi Qafqazda təhlükəsizliyi və davamlı sülhün qurulması üçün səyləri müzakirə etdik. Bu mühüm prosesdə sarsılmaz dəstəyinə görə Fransaya təşəkkür edirəm", - Paşinyan X sosial şəbəkəsində yazıb.