Mahaçqalada silahlı şəxslər polislərə hücum edib, ölənlər var
05 May 2025
Mahaçqalada naməlum şəxslər polislərə hücum ediblər.
Rusiya mediası xəbər verir ki, polis ekipajına hücum etməsi nəticəsində 3 polis əməkdaşı həlak olub. Bu barədə Dağıstan Respublikasının Daxili İşlər Nazirliyi məlumat yayıb.
İlkin məlumata görə, Mahaçqalada polis ekipajına hücumu 4 silahlı həyata keçirib. Onlardan ikisi məhv edilib, daha ikisi isə polis maşını ilə cinayət yerindən qaça bilib.
Silahlıların qaçdığı avtomobili Kamaeva küçəsində tapılıb.