Logo
news content
User
Kateqoriyalar

Xəbər

Maduro saxlanılarkən mühafizəçilərinin bir hissəsi öldürülüb

Venesuelanın müdafiə naziri Vladimir Padrino Lopes ölkə prezidenti Nikolas Maduronun oğurlanması zamanı onun mühafizə xidmətinin xeyli hissəsinin öldürüldüyünü bildirib.

Bu barədə TASS məlumat yayıb.

Nazirin sözlərinə görə, Venesuela liderinin ələ keçirilməsi zamanı onun təhlükəsizliyini təmin edən əməkdaşlara hücum edilib.

Nəticədə mühafizəçilərin əhəmiyyətli bir qismi qətlə yetirilib.