Logo
news content
User
Kateqoriyalar

Xəbər

Konfrans Liqası: "Sabah" səfərdə "Petrokub"u məğlub edib

"Sabah" UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Moldovanın "Petrokub" klubunu məğlub edib.

Kişineudakı "Zimbru" stadionunda keçirilən görüşdə Bakı klubu 2:0 hesablı qələbə qazanıb.

"Sabah"ın heyətində Pavol Şafranko (84-cü dəqiqə) və Kahim Parris (90-cı dəqiqə) fərqlənib.

Qeyd edək ki, komandalar arasında cavab görüşü iyulun 31-də Masazırdakı "Bank Respublika Arena"da keçiriləcək. Qarşılaşma saat 20:00-da start götürəcək.