Logo
news content
User
Kateqoriyalar

Xəbər

İstixana işçilərini daşıyan mikroavtobus su kanalına aşıb, 12 nəfər yaralanıb

İstixanada işləyən fəhlələri Yevlaxdan Şəmkirə aparan mikroavtobus idarəetmədən çıxaraq su kanalına aşıb.

Hdisə nətiəsində 12 nəfər yaralanıb. 

TƏBİB-dən bildirilib ki, xəsarət alanların 11-i qadın və biri kişidir. Onlardan ikisinin vəziyyəti ağırdır. 10 nəfərin vəziyyəti orta ağır olaraq qiymətləndirilir.

Şəmkirin Keçili kəndi ərazisində "Mercedes" markalı mikroavtobusun su kanalına aşması nəticəsində Musayeva Aygün Rövşən qızı (1984), Hüseynova Aygül Həsən qızı (1958), Hüseynova Laləzar Göygöz qızı (1965), Məmmədova Afət Eyyub qızı (1962), Məmmədova Natella Müzəffər qızı (1966), Cəfərova Məlahət Cəfər qızı ( 1965), Səlimov Elman Rasim oğlu (1994), Musayeva Nuriyyə Köçəri qızı (1986), Musayeva Bəsti Köçəri qızı (1956), Əhmədova Gülnar Ramiz qızı (1987), Babayeva Mahirə Bayram qızı (1970) və daha bir nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Onlar Şəmkir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.