İsrail Tehran hava limanının müdafiə və aşkarlama sistemlərini məhv edib
05 Mart 2026
İsrail Hərbi Hava Qüvvələri Tehranın "Mehrabad" hava limanının ərazisindəki hədəflərə zərbə endirib.
Bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, aviazərbələrin onuncu dalğası zamanı İsrail qırıcıları "Mehrabad" hava limanının ərazisindəki infrastruktura hücum edib.
İsrail tərəfinin məlumatına görə, əməliyyat nəticəsində İran hökumətinin istifadə etdiyi və İsrail aviasiyası üçün təhlükə yaratdığı iddia edilən hava hücumundan müdafiə və aşkarlama sistemləri sıradan çıxarılıb.